Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Göyşaban kənd sakinləri S.Mirzəyev və S.Ağayev saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkarlanıb.


Faktla bağlı Lənkəran ŞRPŞ-də müvafiq araşdırma aparılır.

Teqlər: