Lənkəranda qanunsuz balıq ovu aşkarlanıb (FOTO)

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti
ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin
müəyyən edilməsi istiqamətində profilaktik və nəzarət tədbirləri
davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Su
NPİ-nin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən
ekoloji cinayət törədənlərə qarşı mübarizə və bioloji ehtiyatların
mühafizəsi istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində
Lənkərançayın rayonun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində
qanunsuz olaraq balıq ovlayan rayon sakini müəyyən edilib. Ondan ov
aləti və qanunsuz olaraq ovladığı 71 ədəd balıq aşkarlanaraq
götürülüb. Həmin şəxsi təbiətə vurduğu maddi ziyanın məbləğinin
1067 manat olduğu müəyyən edilib. Fakt üzrə Lənkəran XPŞ-də
araşdırma aparılır

Su NPİ-nin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq olunur
ki, həyata keçirilən profilaktik və nəzarət tədbirləri çərçivəsində
qeyri-qanuni balıqçılıq və ovçuluq, qanunsuz ov alətlərindən
istifadə, su sahəsinin çirkləndirilməsi və digər hallar
aşkarlandıqda təqsirkar şəxslərə qarşı Cinayət və İnzibati Xətalar
Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr
tətbiq ediləcək. Eyni zamanda vətəndaşlardan Xəzər dənizində, su
hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir
qanun pozuntusu ilə rastlaşdıqları halda Su NPİ-yə və ya yerli
polis orqanlarına məlumat vermələri xahiş edilir.

Teqlər: