Lənkəranda qadın doğuş zamanı dünyası dəyişib.
AzerTimes Report-a istinadən xəbər verir ki, Astara rayon Rüdəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmirə Əhədli Lənkəran Regional Perinatal Mərkəzində doğuşdan sonra ölüb.
Belə ki, E.Əhədli müayinə olunduqdan sonra, körpəsini dünyaya gətirmək üçün 3-cü dəfə qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan bir saat sonra xəstənin vəziyyəti pisləşib və dünyasını dəyişib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlanılıb.