Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi
bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan
“Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən
istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a verilən məlumata görə, nəqliyyat vasitəsi
saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Kazım Qulamovun
narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun
müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən K.Qulamovun narkotik vasitədən
istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin
şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə
məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs
edilib.
Qeyd edək ki, K.Qulamovla bağlı eyni hal bir neçə ay əvvəl də
aşkarlanıb və həmin vaxt da barəsində qanunamvüafiq qaydada tədbir
görülüb.