Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Kərgəlan kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.