Lənkəranda meyvə yığan kişini cərəyan vurub öldürdü

Xəbər - Samir Əli – Trend:

Lənkəran sakinini elektrik cərəyanı vurub öldürüb.

Lənkəran rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilmişdir ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: