Lənkəran rayonunda məscidlərin nəzir qutularını qarət edən şəxs
saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayonun Tütəpeştə kənd məscidinin
içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat
pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran
Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli
bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş,
hazırda üzərində elektron nəzarət vasitəsi sayılan elektron qolbaq
olan Zülfi Nəzərli olduğu müəyyən edilib. Ətrafında aparılan əlavə
əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin
qaşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu
oğurladığı müəyyən edilib.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta
məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və
dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən
birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən
Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi
axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq
götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.