Lənkəranda külək səbəbindən dayanan elektrik enerjisinin bərpası üçün işlər aparılır.
“Azərişıq” ASC-dən AzerTimes-a verilən məlumata görə, qurumun əməkdaşları hazırda hadisə yerindədirlər.
Bildirilir ki, qəza yerində olan əməkdaşlar təmir işləri aparırlar və qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.
Qeyd edək ki, Lənkəranda güclü külək fəsadlar törədib. Şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanmışdı.