Lənkəranda boşanmalar və məişət zorakılığı mövzusunda layihə həyata keçirilir

Lənkəranda boşanmalar və məişət zorakılığı mövzusunda layihə həyata keçirilir

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 12-14 iyul tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Gənc ailələrdə boşanmaların artması – cəmiyyətin problemi kimi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 15 yaşayış məntəqəsindən (Ağcabədi, Ağsu, Bakı, Biləsuvar, Cəlilabad, Laçın, Lerik, Lənkəran, Masallı, Sabirabad, Sumqayıt, Şəki, Şirvan, Şəmkir, Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 9000 (doqquz min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın keçirilməsinə başlanılmışdır. Nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc və gənc ailələri təmsil edən 13 nəfər qız və 12 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini xanım Könül Manafova və Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator cənab Zaur Qasımov və Astara rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş psixoloqu cənab Fərrux Əliyev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında “boşanmalar və məişət zorakılığı” sahəsində bir çox mövzuların – “Azərbaycanda ailə institutu, adət-ənənələr, klassik və müasir ailə dəyərləri, Nikah, nikah hüququ və nikah müqaviləsi anlayışları, Birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi, aliment öhdəlikləri, Erkən nikahlar, onların başvermə səbəbləri və sosial fəsadları, Azərbaycanda nikahlar və boşanmalar: cari vəziyyət və mövcud statistika, Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri, Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası, Məlumat bankı – Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ailə, əxlaq və etika konsepsiyası, Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik, Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası, İctimai qınaq, ictimai iştirakçılıq və onun formaları, İctimai nəzarət, ictimai müzakirələr və ictimai dinləmələr” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.
Tədbirin sonunda bütün iştirakçılara “boşanmalar və məişət zorakılığı” sahəsində müvafiq təqdimatların təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 01 iyun – 31 avqust 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi Azərbaycanda artmaqda olan boşanmalara və buna rəvac verən məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 26 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağsu, Astara, Bakı, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Xaçmaz, Xanlar, İmişli, İsmayıllı, Kəlbəcər, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Sabirabad, Sumqayıt, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tovuz, Yardımlı) 49 nəfər gənc ərizəçi (25 qız və 24 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (12 oğlan və 13 qız) tədbirdə iştirak etmək hüququ qazanmışdır.

Konferenasiyada AzerTimes Xəbər Bürosunun baş redaktoru Əli Baxşızadə də iştirak edib.

© MAGİYA İctimai Birliyinin Mətbuat Katibliyi

IMG_9881-min

IMG_9909-min

IMG_3348-min

IMG_3327-min

IMG_3322-min