Lənkəranda avtomobillər toqquşub, yaralılar var.
AzerTimes-ın Report-a istinadən məlumatına görə hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri – 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.