Lənkəranda avtomobil qəzası olub, bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Lənkəranın Kərgəlan kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb.