Lənkəranda ağaclar kəsilib – Nazirlik araşdırmaya başladı

Xəbər - Çingiz Səfərli – Trend:

Sosial şəbəkələrdə Lənkəran rayonunda yeni təmir edilmiş Zövlə kənd orta məktəbinin qarşısındakı həmişəyaşıl ağacların kəsildiyi barədə məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış məlumatlarla əlaqədar hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Twitter:@cingizsafarli

Teqlər: