Lənkəranda 72 yaşlı şəxsə qarşı soyğunçuluq edilib

Lənkəranda son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan,
soyğunçuluq və oğurluq cinayətləri edən 20 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda
narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20
nəfər rayon sakini saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış
narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq
götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə
əməliyyat-axtarış tədbirləri ilə onlardan bir neçəsinin soyğunçuluq
və oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan
şəxslərdən ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72
yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ
keçirdikləri, digər altı nəfərin isə rayon ərazisindəki evlərdən və
digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən
edilib.

Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma
aparılır.

Teqlər: