Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürdü

Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürdü

Lənkəran rayonunda 32 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəniçay çayının əks tərəfinə keçərkən əlindəki balıq ovu üçün istifadə etdiyi tilov yüksək gərginlikli elektik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: