Lənkəranda qətl hadisəsi baş verib.
Lənkəran rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 6-sı saat 12 radələrində Lənkəran rayon sakini 1995-ci il
təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi
nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı
2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud
nahiyəsinə bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən
aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam
etdirilir.