Lənkəran və Zaqatalaya hərbi prokurorlar təyin edildi

Lənkəran və Zaqatalaya hərbi prokurorlar təyin edildi

Zaqatala hərbi prokuroru Elşən Əli oğlu Əliməmmədov tutduğu vəzifədən azad olunub.

AzerTimes xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əliməmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Teqlər: