Lənkəran sakinləri silahla saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Quliyev, E.Mirzəyev, Z.Fərəcov və T.Cabbarovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.


Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Teqlər: