Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.