Len Pen xəstəxanaya yerləşdirildi

Len Pen xəstəxanaya yerləşdirildi

Fransanın Milli Birlik Partiyasının təsisçisi, 94 yaşlı Jan-Mari Le Pen ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Siyasətçi ötən gün özünü pis hiss edib, sonra xəstəxanaya yerləşdirilib. Həkimlər onun halsızlığının ürək çatışmazlığından ola biləcəyini düşünürlər.

Ötən il də Jan-Mari Le Pen insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Le Pen beş dəfə Fransa prezidentliyinə namizəd olub. O, 12 il əvvəl partiya rəhbərliyini qızı Marin Le Penə təhvil verib.

Teqlər: