Britaniyanın xarici işlər naziri David Lemmi iranlı və israilli həmkarları ilə bu gün danışıqlar aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Lemmi özü açıqlama yayıb.
“Bu gün mən İsrailin xarici işlər naziri İsrail Katz və İranın xarici işlər naziri Abbas Arakçı ilə mühüm telefon danışıqları apardım. Böyük Britaniya gərginliyin azaldılması və Livan və Qəzzada münaqişələrə son qoyulması üçün səy göstərməkdə davam edir”, – Lemmi bəyanatında bildirib.
O əlavə edib ki, İran-İsrail müharibəsi fəlakətli olacaq və heç kimin maraqlarına uyğun olmayacaq.