Lekornu Papikyanla İrəvana silah satışını müzakirə edəcək

Lekornu Papikyanla İrəvana silah satışını müzakirə edəcək

Ermənistan müdafiə naziri Suren Papikyanla bir sıra məsələləri çox operativ və konkret səviyyədə başa çatdırıb, İrəvana silah satışını müzakirə etmək niyyətindəyəm.

AzerTimes “Politiko”ya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda dinləmələr zamanı deyib.

Lakin Lekornu Senatın Xarici İşlər və Müdafiə Komitəsinə hər hansı təfərrüat verməkdən imtina edib:

“İstənilən halda, siz görə bilərsiniz ki, bəzi silahlar sırf müdafiə xarakteri daşıyır və başqa məqsədlərə yönəldilə bilməz, ona görə də onlar bizə Ermənistana insanların həyatını və ərazisini qorumaq imkanı verir”.

Qeyd edək ki, Fransa hökuməti bundan əvvəl də Ermənistana hərbi texnika göndərəcəyini bəyan etmişdi.

Teqlər: