Ləğv edilmiş MTN generalının istintaqı yekunlaşır

Xəbər - Samir Əli – Trend:

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi general Mövlan Şixəliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti AzerTimes-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Teqlər: