“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yayıb

Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu diqqətə çatdırılıb.

“Legiya” və Mahir Emreli arasındakı münasibətlərlə bağlı mətbuatdakı xəbərlərlə əlaqədar bildirmək istərdik ki, sözügedən futbolçunun klubla müqaviləsi var və klubumuzun oyunçusudu. Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib.

​Mahir Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq,danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə insidentdən sonra bu komandaya qayıtmaq istəmir.

Teqlər: