Legionun Rusiyaya hücumu: Kremldə xaos yaşanır

Legionun Rusiyaya hücumu: Kremldə xaos yaşanır

Kreml Rusiyanın Belqorod vilayətində Rusiya Könüllülər Korpusu və Rusiyanın Azadlığı Legionunun bölmələrinin fəaliyyətlərinə necə reaksiya verəcəyini bilmir. Bu da ölkənin informasiya məkanında xaosa və Moskvanın tənqidinə səbəb olur.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, iyunun 4-də Rusiya Könüllülər Korpusu və Rusiyanın Azadlığı Legionu Belqorod vilayətinə növbəti məhdud reyd keçirib və Ukrayna ilə sərhəddən 3,5 km məsafədə yerləşən Novaya Tavoljanka kəndi yaxınlığında fəaliyyətini davam etdirirlər:

“Rusiya Müdafiə Nazirliyi onların Belqorod vilayətindən tez bir zamanda Ukrayna ərazisinə sıxışdırıldığını bildirib. Eyni zamanda qubernator Vyaçeslav Qladkov Tavoljanka yaxınlığında döyüşlərin davam etdirildiyindən danışıb. Rusiyanın ziddiyyətli cavabları regionun hərbi və mülki hakimiyyət orqanları arasında koordinasiyanın olmamasından xəbər verir”.

Teqlər: