Rusiyanın Azadlığı Legionu “qüdrətli və güclü” Rusiya haqqında mifləri darmadağın edir.
AzerTimes xəbər verir ki, bu sözləri Mariupol meri Pyotr Andryuşenko deyib.
“Putin rejimi yenə də “qırmızı xətlər” haqqında danışa bilər. Lakin reallıq odur ki, Rusiya özünü müdafiə edə bilmir. Bütün bunlara baxdıqda, ötən ilin “Putin hücum edir”, “qırmızı xətlər” və s. yada düşür. Hazırda Rusiyaya münasibətdə mifologiya məhv edilir. Rusiyalı rusiyalını öldürməyə başlayanda bu, yaxşıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqoroda növbəti dəfə hücuma keçib.