Fransada Milli Birlik Partiyasının sədri Marin Le Pen yumurta hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, hadisə Seynt-Amand-les-Eaux şəhərində qeydə alınıb.
Bildirilir ki, partiya sədrinə cangüdənlərin olduğu yerdən yumurta atılıb. Yumurta atan şəxs yüksək səslə Le Peni təhqir edib.
Sosial şəbəkələrdə paylaşılan görüntülər böyük səs-küyə səbəb olub.