Le Pen Fransa prezidenti seçkilərində məğlub olduğunu etiraf edib

“Milli Birləşmə” Partiyasının namizədi Marin Le Pen Fransa
prezidenti seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf
edib.

Trend xəbər verir ki, Le Pen Fransada seçki məntəqələri
bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin
ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

“Bu nəticə bizim üçün parlaq qələbə idi. Milyonlarla avropalı
üçün olduğu kimi, bizim üçün də bu nəticə mövcud sistemdən kəskin
narazılığın simvoludur”, – deyə M.Le Pen bildirib.

“BFM” telekanalı bildirib ki, M.Le Pen ölkənin hazırkı
prezidenti Emmanuel Makrona zəng edərək onun qələbəsini etiraf
edib.