Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Gənclər Birliyi və Gələcəyə Körpü Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə gəncləri əhatə edən, “Layihəni ideyaya çevir” adlı, təlim 2-ci günüdə olduqca maraqlı keçib.
ZOOM proqramı vasitəsi ilə təşkil olunan təlimlərdə, layihə anlayışı, onun hazırlanma qaydaları, komanda ilə işləmə kimi vacib detallar tədris olunur. Təlimin 2-ci günündə layihəyə məruzəçi qismində qatılan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının aparat rəhbəri Orxan Əhmədov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, Gələcəyə Körpü Gənclər İB-nin sədri Hüseynxan Hacızadə, təlimlərə qoşulan iştirakçılara uğurlar arzulayaraq onlara öz tövsiyyələrini veriblər.
Ölkədə aparılan uğurlu gənclər siyasətindən danışan natiqlər, dövlətin bu istiqamətdə gördüyü işlərə diqqət çəkiblər. Məruzəçilər gənclərin inkişafı üçün uğurlu layihələrə və startuplara daim dəstək verə biləcəklərini ifadə ediblər. Qeyd edək ki, təlimlər üç gün nəzərdə tutulur və yekunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.