Lavrovun İrəvanda xatırlatdığı xəritələr… – Ekspert

Lavrovun İrəvanda xatırlatdığı xəritələr… – Ekspert

Ötən ilin 26 noyabr tarixində imzalanan Soçi Bəyanatını xatırlatmaq istəyirəm. Bəyanatda Rusiyanın vasitəçi rolunda olduğu bildirilib. Yəni burada Rusiya köməkçidir. Tərəflər Moskvanın verdiyi xəritələri köməkçi xəritə kimi qəbul edə bilərlər.

Bu sözləri AzerTimes-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri, dr.Cavid Vəliyev Rusiya XİN başçısı Sergey Lavrovun ötən gün İrəvanda delimitasiya ilə bağlı ölkəsinin xəritələr təqdim etməyə hazır olması barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, xəritələrdən istifadə ilə bağlı Azərbaycanın konkret mövqeyi var:

“Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan 1918-1991-ci illər arasında hazırlanan bütün xəritələrdən istifadə edəcək. Çünki 1918-1920-ci illərdə Azərbaycan və Ermənistanda iki müstəqil dövlət, eyni zamanda onlar arasında sərhəd münasibətlərini tənzimləyən xəritələr olub. SSRİ dövrünə aid də bəhs etdiyimiz məsələlər və sərhəd dəyişiklikləri ilə bağlı xəritələr mövcuddur. Bu mənada Rusiyadan verilən xəritələr köməkçi xarakter daşıyacaq, onlardan istifadə məcburiyyəti yoxdur.

Torpaqlarımızın bir qisminin SSRİ dövründə mərkəzi hakimiyyət tərəfindən Ermənistana güzəştə gedilməsi ilə bağlı tutarlı tarixi faktlar və xəritələr əlimizdədir. Biz başqa ölkələrin həmin dövrə aid xəritələrindən də istifadə edə bilərik. Məsələn, bununla bağlı Türkiyənin Osmanlı dövrünə aid və yaxud İtaliyanın, İngiltərənin arxivləri ilə işləmək mümkündür. O dövrdə regionla maraqlanan dövlətlərin arxivləri bizə geniş imkanlar verir”.

Teqlər: