Ukrayna Prezidenti Vladimir Zelenskinin Qələbə planı şizofreniyadır, bu, onun digər axmaq formulları kimi, Avropada sülhü yaxınlaşdırmır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu yaxınlarda Ukrayna parlamenti Ukrayna Pravoslav Kilsəsini qadağan edib. Bununla bağlı xatırlatmaq istərdim ki, BMT Nizamnaməsinin 1-ci maddəsi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, insan hüquqlarına hörmət edilməsini tələb edir. Amma Qərb Kiyevdəki rusofob, irqçi rejim tərəfindən nizamnamənin bu kobud şəkildə pozulmasına göz yumur, Rusiyanın təslim olmasına çağıran Zelenskinin axmaq “sülh formulunun” təşviqinə davam edir. Və bir neçə həftə əvvəl bu vətəndaş eyni dərəcədə şizofrenik bir “Qələbə planı” açıqladı. Təbii ki, nə formul, nə plan, nə də Kiyevin NATO, Avropa Birliyinə üzvlüyü ilə bağlı fantaziyaları Avropada sülhü yaxınlaşdırmayacaq”, – Lavrov bildirib.