Rusiya ümid edir ki, Tacikistan nəhayət Avrasiya İqtisadi İttifaqının faydalarını dərk edəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Avrasiya İqtisadi İttifaqı – biz çox ümid edirik ki, Tacikistan tezliklə Avrasiya İqtisadi İttifaqına qoşulmağın özü üçün faydalarını müəyyən edəcək. İnsanlar bunun üzərində işləyir, xüsusi məsləhətləşmə mexanizmi var”, – Lavrov Tacikistandakı 201-ci rus hərbi bazasını ziyarət edərkən bildirib.