Rəsmi İrəvanın respublikaya dəvət etdiyi Avropa müşahidə missiyası NATO missiyasına çevrilir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində Rusiya-Ermənistan münasibətlərindən danışarkən deyib.
“Son bir neçə ilin bütün hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif edilib”, – o vurğulayıb.