Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur, lakin görünür, ABŞ-ın belə bir ideyası var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pentaqon şefi Lloyd Ostinin NATO-Rusiya savaşı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, Lloyd Ostin Ukraynanın məğlub olacağı təqdirdə, Rusiya və NATO arasında toqquşmanın olacağını bildirmişdi.