Lavrovdan Mirzoyana: Razılaşmalar icra edilməlidir

Lavrovdan Mirzoyana: Razılaşmalar icra edilməlidir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Mirzoyan səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Görüşdə Lavrov bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları regionda vəziyyətin həlli üçün əsas olaraq qalır.

Rusiyalı nazir vurğulayıb ki, görüş zamanı Laçın dəhlizi ətrafındakı vəziyyətə xüsusi diqqət yetirəcəklər.

Lavrov üç ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrasının vəziyyətin sabitləşməsinin təmin edilməsi üçün vacib adlandırıb:

“Söhbət iqtisadi, eləcə də hərbi-siyasi, beynəlxalq və hüquqi sahədən gedir”.

Teqlər: