Ukraynada döyüş zonasında təkcə əcnəbi muzdlular deyil, həm də ixtisaslı zabitlər də var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi ilə bağlı gedən müzakirələri şərh edərkən deyib.
O bildirib ki, onların arasında britaniyalı və fransalı zabitlər də var.
“Fransa prezidenti Emmanuel Makronun sözlərindən sonra Qərbin Ukraynaya qoşun yeritmək istəyi rəsmən qeydə alınıb, qeyri-rəsmi olaraq onlar uzun müddətdir oradadırlar”, – deyə Lavrov bildirib.