Lavrovdan KTMT-yə çağırış: Zidd addımlar atmayın!

Lavrovdan KTMT-yə çağırış: Zidd addımlar atmayın!

Rusiya əmindir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri Qərbin özünü hərbi-siyasi gərginliyi artırmaq planlarına cəlb etməyə imkan verməyəcək.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu “Beynəlxalq həyat” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov əlavə edib ki, başqa dövlətlərə “həyat öyrətmək” və ya onların necə və kiminlə münasibət quracağını diktə etmək Moskvanın qaydalarına daxil deyil:

“Əminik ki, müttəfiqlərimiz son vaxtlar Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşacaq və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməyəcəklər. Bütövlükdə, əlbəttə ki, biz gözləyirik ki, KTMT-dəki müttəfiqlərimiz bu təşkilat çərçivəsində öz öhdəliklərinə zidd addımlar atmayacaqlar.

Rusiya heç bir qonşumuza və tərəfdaşımıza heç kimlə qarşılıqlı əlaqə qurmağı qadağan etmir, lakin həmişə qanuni maraqlarımızın nəzərə alınmasını xahiş edir. Düşünürəm ki, bizi eşidirlər”.

Teqlər: