Birliyə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb, çünki İrəvan təşkilatdan mümkün çıxma ilə bağlı sənədlər göndərməyib.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Müvafiq sorğu daxil olmadığı üçün Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb. Belə bir addımın mümkün nəticələri də müzakirə olunmayıb”, – o bildirib.