Lavrovdan İrəvana: Rusiyanı itirmək mümkün deyil!

Lavrovdan İrəvana: Rusiyanı itirmək mümkün deyil!

Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanı Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mənasında itirmək mümkün deyil.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Rusiyadan uzaqlaşa biləcəyi ilə bağlı suala cavabında deyib.

Lavrov vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərdən qaçırmaq olmaz:

“Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyir və bunu birbaşa deyirlər”.

Lavrov bildirib ki, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək edəcək tərəfdaşlar dairəsinin genişləndirilməsi məsələsini də gündəmə gətirib.

Teqlər: