AB-nin Ermənistandakı müşahidə missiyası NATO missiyasına çevrilir.
AzerTimes xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İki ay söz vermişdilər, indi isə (AB-nin Ermənistandakı missiyası) limitsizdir. Kanadalılar artıq oradadırlar, digər NATO üzvləri də ora getmək istəyirlər. Bu, artıq Avropa Birliyinin missiyası deyil, NATO-nun missiyasıdır”, – o vurğulayıb.