Hərbi blokların yaradılması ilə bağlı istənilən fikir qarşıdurma riski daşıyır və bu, qaynar fazaya keçə bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiyanın NATO-nun Asiya analoqunun yaradılması təklifini şərh edərkən deyib.
“İstənilən militarizasiya, hərbi blokların yaradılması ilə bağlı hər hansı ideyalar həmişə özləri ilə qaynar fazaya çevrilə biləcək qarşıdurma riskləri daşıyır”, – o bildirib.
Qeyd edək ki, seçki kampaniyası zamanı Yaponiyanın yeni Baş naziri İşiba ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini, Asiya NATO-sunun və regionda kollektiv təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olduğunu deyib.