Lavrova cavab verdi, İrəvanı ifşa etdi

Lavrova cavab verdi, İrəvanı ifşa etdi

Ermənistanda rus məktəbi yoxdur, rus dilində tədris olunan siniflər var. Ölkədəki bütün məktəblər erməni məktəbləridir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Dil Komitəsinin nümayəndəsi David Qurcinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda rus məktəblərinin sayının artırılması ilə bağlı açıqlamasına cavab olaraq deyib.

Qeyd edək ki, bu, Ermənistanın Rusiyaya münasibətinin ən səmimi ifadəsidir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın təhsil naziri Emin Əmrullayev açıqlamasında ölkədə rus dilində tədrisin bağlanması məsələsinin müzakirə olunmadığını bildirmişdi.

Teqlər: