Xəbər - Orxan Nəbiyev – Trend:
Ukrayna prezidenti Volodimir Zelenskini ikitərəfli münasibətlərin normallaşmasının müzakirəsi üçün Rusiyada qəbul etməyə hazırıq.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli radiostansiyalara müsahibəsində deyib.
“Prezident Putin deyib ki, əgər Zelenski ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz, əlbəttə ki, hazırıq. O, Moskvaya, Soçiyə, Sankt-Peterburqa gələ bilər” – deyə nazir bildirib.