Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.
Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.