Rusiyaya yeni G8 (Böyük səkkizlik- red.) lazım deyil.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ, Fransa və Almaniyasız yeni G8-lə bağlı irəli sürülən təşəbbüslərə cavabında deyib.
O bildirib ki, Rusiyanın Avrasiya məkanında strukturları var:
“Aİİ Çin ilə birlikdə “Bir kəmər – bir yol” layihəsi üzrə Avrasiyaya inteqrasiya prosesini harmoniyalı və aktiv şəkildə təşviq edir. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının üzvləri bu planları diqqətlə izləyirlər”.