Lavrov Qarabağla Donbas arasında “paralellər” apardı…

Lavrov Qarabağla Donbas arasında “paralellər” apardı…

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan barədə bəyanat yayıb. Əlbəttə, Ararat Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq vacibdir. Ancaq həmin mətbuat konfransında Sergey Lavrov Mirzoyandan geri qalmayıb.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Lavrov Donbasla “Dağlıq Qarabağ” arasında paralellər apararaq, azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini bildirib:

“Yəqin Lavrov ona işarə etmək istəyib ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyinə görə həmin bölgə Rusiyanın “ixtiyarına” keçib. Mirzoyan və digər erməni rəsmilərinin mövqeyi bəllidir, əsas təhlükə “hər yerdə Donbas” yaratmaq istəyən təfəkkür sahibləridir”.

Teqlər: