Sergey Lavrov aprelin sonunda Nyu Yorka səfəri zamanı ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşə bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bu gün Ankarada birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Əgər bizə belə bir müraciət olsa, biz bu barədə düşünəcəyik”, – Lavrov bildirib.