Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin
başlayacağına inanmadığını bildirib.

Trend-in
məlumatına görə, o, bunu Antalyada Türkiyə və Rusiya xarici işlər
nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən
sonra keçirdiyi mətbuat konfransında deyib.

“Mən buna inanmıram və inanmaq istəmirəm. Diqqətinizə çatdırmaq
istəyirəm ki, son illərdə Ukraynada baş verən hadisələr
kontekstində nüvə məsələsini Qərb nümayəndələri, ilk növbədə, NATO
nümayəndələri ortaya çıxarıb”.