Kommunikasiyaların açılmasına dair razılaşmanın üzərində Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var, lakin İrəvan bunu sabotaj edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanala müsahibəsində deyib.
“Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıyıq.
Təəssüf ki, Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsindən keçən kommunikasiyalara gəlincə, Baş nazir Paşinyanın imzaladığı müqaviləni sabotaj edən məhz İrəvan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir”, – o bildirib.