Lavrov misirli həmkarı ilə Qəzzanı müzakirə etdi

Lavrov misirli həmkarı ilə Qəzzanı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov və misirli həmkarı Samih Şükrü arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Söhbət zamanı tərəflər Qəzzadakı vəziyyəti müzakirə edib, mülki şəxslərə və infrastruktura, yaşayış sahələrinə yönəlik hücumların qəbuledilməz olduğunu bir daha xatırladıblar.

Nazirlər Qəzzada dərhal uzunvədəli atəşkəsin elan edilməsini, girovların azad edilməsini, humanitar keçidlərin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Teqlər: