Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi

Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi

Rusiya BMT Təhlükəsizlik Şurasının İsrail və Hizbullahın deeskalasiya öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsinin hərtərəfli yerinə yetirilməsinə çağırır. Onu pozanlara qarşı sərt tədbirlər görülməlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz ardıcıl və dəyişməz olaraq həm İsrailin bütün hücum hərbi əməliyyatlarını dayandırmaq, silahlı qüvvələrini Livanın cənubundan çıxarmaq və Livan torpaqlarının işğalına son qoymaq, həm də Hizbullahın öhdəliklərini əks etdirən Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam və hərtərəfli yerinə yetirilməsi ehtiyacından çıxış edirik”, – Lavrov qeyd edib.

Bu gün sözün əsl mənasında Beyrutun bombalanması əmri verildiyini qeyd edən Lavrov tərəfləri daha ​​çox qan tökülməsinin qarşısını alacaq və siyasi-diplomatik həllə şərait yaradacaq addım atmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, ötən gün İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın və ailə üzvlərinin öldüyü haqda məlumat yayılıb. Məlumat rəsmən təsdiqlənməyib.

Teqlər: